Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan hissəsinə suyun verilişi dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məlumat yayıb.
O bildirib ki, magistral kəmərdə baş verən qəza nəticəsində qeyd olunan əraziyə suyun verilməsi dayandırılıb, hal-hazırda qəzanın aradan qaldırılması üçün işlərə başlanılıb.