Rusiya məhkəməsi Navalnı barədə qərar verdi - VİDEO


Moskva Regional Məhkəməsi rusiyalı müxalifətçi Aleksey Navalnının həbs müddətinin 30 gün artırılmasını qanuni olduğu barədə qərar verib.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, məhkəmə tərəflərin fikirlərini dinlədi və müxalifətçinin həbs müddətinin uzadılması barədə şikayətini rədd etdi. Navalnının ən az 15 Fevrala qədər həbsdə qalacağı bildirildi. Rusiyalı müxalifətçi məhkəməyə onlayn şəkildə qatılaraq özünü müdafiə edib. 
Qeyd edək ki, Aleksey Navalnı Almaniyada müalicə alıb Rusiyaya qayıtdıqdan sonra hava limanında həbs edilmişdi. Bu səbəblə yanvarın 23-də Rusiyanın müxtəlif yerlərində hökumət əleyhinə etiraz aksiyaları başlamışdı. 

DİGƏR XƏBƏRLƏR

Top