Terrorçu qadın havada zərərsizləşdirildi


İraqda həyata keçirilən Pəncə Qaplan Əməliyyatında türk əsgərlərinin sayıqlığı nəticəsində havada bir qadın terrorçu məhv edilib.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, terrorçu paramotor adlandırılan cihaz vasitəsilə havaya qalxıb. Onun üzərində daşıdığı bombanın həcmi 150 kiloqram ağırlığında olub.
Sözügedən bölgədə xeyli sayda hərbçi məskunlaşıb. PKK tərəfindən həyata keçirilən bu hücum eyni Hatayda sınaqdan keçirildiyi kimi təşkil olunub. Zərərsizləşdirilən qadın terrorçu ilə bağlı müxtəlif məlumatlar əldə edilib.
"Doğa Zilan" adlı qadın terrorçunın adı Hədiyyə Çərçidir. O, 150 kiloqramlıq bir bombanı təşkilatın Suriyadan gətirdiyi bir paramotora yükləyərək Hantur dağının üzərinə qalxıb. Həmin vaxt dağda 40 nəfər hərbçi olub. Əsgərlər əvvəlcə onu PUA hesab ediblər, sonradan məsələni başa düşərək hədəfi məhv ediblər.
Qadın terrorçu 2015-ci ildən bu təşkilata qoşulub. O, YPG-nin Suriyanın şimalındakı hərbi düşərgələrində paramotorlarla hərbi baza ərazilərinə və polis bölmələrinə maket təyyarələrlə necə hücum edilməsi ilə bağlı təlimlərdə iştirak edib. Onun PKK-nın silahlı qadın təşkilatı YJA tərkibində olduğu da müəyyənləşdirilib.
Onun tanınmasında isə eyni terror təşkilatından qaçan keçmiş terrorçu qadının xidməti olub.

DİGƏR XƏBƏRLƏR

Top