“Azərenerji” qaldırıcı açıq kabini olan yeni yük avtomobilləri alır - TENDER


“Azərenerji” Açıq Tipli Səhimdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji”nin tender müsabiqəsinin qalibi “Marketinq və Servis Müəssisəsi” MMC olub.
“Marketinq və Servis Müəssisəsi” MMC “Azərenerji”yə 2 ədəd 28 m və 32 m hündürlüyə qaldırıcı açıq kabini olan yeni yük avtomobili satacaq və qarşılığında 480 min manat 1 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Marketinq və Servis Müəssisəsi” MMC 22.04.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi ev 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səlimov Fikirət Zöhrab oğludur.
Onu da bildirək ki, “Marketinq və Servis Müəssisəsi” MMC “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən təsis olunub. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri sabiq millət vəkili və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevdir.

DİGƏR XƏBƏRLƏR

Top