Paşinyanla erməni jurnalist mübahisə etdi – "Bu sualı mənə verən kim idi?"


Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda qəbristanlığı ziyarət edərkən jurnalistlə mübahisə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Belə ki, jurnalistin, “siz Şuşanın Azərbaycan şəhəri olduğunu dediniz” ifadəsindən sonra Paşinyan, “bir dəqiqə gözləyin, bu sualı mənə verən kim idi?”-deyə həmin jurnalisti axtarmağa başlayıb. Oradakı şəxslərdən biri həmin şəxsi Paşinyana göstərdikdən sonra Ermənistanın baş naziri əsəbini gizlədə bilməyib:
“Şuşanı Azərbaycan şəhəri adlandırdığımı sənmi dedin? Bunu mən harada demişəm? Statımı açıq şəkildə kağızda yaz və mənə təqdim et! Bunu canlı yayımda cavablandıracağam”.
Paşinyan daha sonra digər jurnalistlərin sualını cavablandırmadan həmin yerdən uzaqlaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top