Bakıda öldürülüb zibil qutusuna atılan qadın cinayəti ilə bağlı YENİ XƏBƏR

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top