Bu gün Türkiyədə Qarabağ məsələsi müzakirə olunacaq


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclasda müzakirə oluncaq mövzulardan biri də Qarabağdakı vəziyyət olacaq.
2021-ci ilin ilk iclasında Şərqi Aralıq dənizindəki inkişaf, Türk ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri və terrorla mübarizə mövzuları da müzakirə ediləcək.
Bundan başqa iclasın gündəliyinə PKK terrorçularının İraqdakı fəaliyyəti və buna qarşı atılacaq addımlar, Suriya və Liviyadakı son durum, Türkiyə və Yunanıstan rəsmiləri arasındakı görüşlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri mövzuları da daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top