Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti yerli KİV-ə müsahibəsində deyib.
“Növbədənkənar seçkilər keçiriləcəksə, öz komandamla iştirak edəcəm və qələbə qazanacağam”, - deyə Koçaryan bildirib.
Sabiq prezidentin fikrincə, bir çox həssas mövzuların aktual olduğu bir zamanda seçkilərin keçirilməsi olduqca təhlükəlidir: "Buna baxmayaraq, hökumət bunu anlamırsa və seçkilərin keçirilməsində israr edirsə, müxalifət seçkilərdə iştirak etməlidir".