“Aeroflot” şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə şirkətdən bildirilib.
Xəbərə görə, “Aeroflot” şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib.
28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.