Məsut Özil Azərbaycana salam göndərib və təşəkkür edib - VİDEO


“Fənərbağça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi olub.

Yeniavaz.com xəbər verir ki, mərasimdə ulduz futbolçu Azərbaycanla bağlı fikirlərini bölüşüb.

"Azərbaycana salam göndərirəm. Sadəcə, "Fənərbağça" tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram. Bizi dəstəklədikləri üçün təşəkkür edirəm", - futbolçu qeyd edib.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı fikirlərini dilə gətirib: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır. Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orada yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top