Rusiya prezidenti: "Qanunsuz sanksiyalar hərbi qüvvələrdən istifadə riskini artırır"


Rusiya prezidenti Vladimir Putin bəzi dünya ölkələrinin qanunsuz sanksiyalar tətbiq etməsinin mənfi nəticələr ortaya çıxara biləcəyini deyib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Putin “Davos həftəsi”də çıxışı zamanı növbəti 10 ildə dünyada ortaya çıxa biləcək təhlükənin beynəlxalq problemlərin kəskinləşməsi ilə əlaqəli olduğunu bildirib:
“Ticarət baryerlərinin tətbiqi, qanunsuz sanksiyalar, maliyyə, texnoloji, informasiya sahələrinin məhdudlaşdırılması, hərbi qüvvələrin birtərəfli istifadəsi riskini artırır. Bu, təhlükədir. Həll edilməmiş və böyüyən daxili sosial-iqtisadi problemlər bütün hadisələrdə günahkar axtarmağa təhrik edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top