Yaponiyanın baş naziri parlament üzvünə görə üzr istədi


Yaponiyanın baş naziri Yoşihide Suqa parlament üzvünün sərt karantin vaxtı qadağalara əməl etməyərək əyləndiyi üçün onun yerinə xalqdan üzr istəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxs Liberal Demokrat Partiyasının (LDP) Parlament İşləri Komitəsinin sədr müavini Matsumoto Cundur. O, fövqəladə vəziyyət vaxtı evdə qalmaq çağırışına əməl etməyərək Qinza bölgəsində barda əyləncə təşkil edib. Bu səbəbdən də baş nazir büdcə iclasında bu məsələyə toxunub.

DİGƏR XƏBƏRLƏR

Top