Prezidentin Şuşaya xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimov kimdir?


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Aydın Kərimovov bu vəzifəyə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub.
Bildirilir ki, Aydın Kərimov Bakının “Ağ şəhər” layihəsinin icrasında yaxından iştirak edib və bu cür layihələrin icrasında böyük təcrübəsi var.
Bu səbəbdən də Şuşa şəhərinin yenidən qurulması işinə rəhbərlik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top