Kreml Putin-Bayden söhbətinin təfərrüatını açıqladı: “Ciddi fikir ayrılıqları var”


Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında baş tutan telefon danışığın məğzi barədə açıqlama yayıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Rusiya və ABŞ prezidentləri arasındakı telefon danışığının Kremlin istəyi ilə baş tutduğu bildirilib. İki ölkənin liderləri arasındakı söhbətin təfərrüatları barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb. Onun sözlərinə görə, söhbət 35 dəqiqədən çox davam edib:
"Liderlər ciddi fikir ayrılıqlarının olduğunu qeyd etdilər, ancaq dialoqun davam etdirilməsi barədə razılaşdılar. Xüsusilə Donbas barədə fərqli fikirdədirlər. Tərəflər şəxsi görüş və səfər barədə müzakirə aparmayıblar.

 

DİGƏR XƏBƏRLƏR

Top