“Putinin sarayı”nın yerləşdiyi ərazidə nə üçün uçuş qadağandır? - FTX açıqladı


Rusiyanın Federal Təhlükəsizlik Xidməti Qara dəniz sahillərində yerləşən sarayla  bağlı yeni açıqlama yayıb.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, bir neçə gün əvvəl rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir Putinə aid olduğunu iddia edərək böyük saray görüntülərini paylaşmışdı. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin açıqlama verərək sarayın ona aid olmadığını bildirmişdi. Daha sonra Kreml sözçüsü Dmitri Peskov brifinq keçirərkən jurnalistlər ona Gelencikdəki sarayın ərazisinin nə üçün Rusiya prezidentinin mühafizə xidməti tərəfindən qorunduğunu və oranın nə üçün uçuşa qadağan zona olması barədə sual ünvanlamışdı. Peskov bu suala aidiyyatı orqanların cavab verə biləcəyini bildirmişdi. Məsələ ilə bağlı Rusiyanın Federal Təhlükəsizlik xidməti açıqlama verib. Bildirilib ki, sarayın yerləşdiyi bölgənin uçuşa qadağan zona olmasının əsas səbəbi NATO ölkələrinin kəşfiyyat fəaliyyəti ilə əlaqədardır. FTX bildirib ki, xüsusi xidmətin sərhəd zastavasının yerləşdiyi ərazidə bir sıra qonşu dövlətlərin, o cümlədən NATO-nun kəşfiyyat fəaliyyətinin artmasına görə orada uçuş qadağan edilib. Sarayın yerləşdiyi ərazinin Rusiya prezidentinin xüsusi mühafizə xidməti tərəfindən qorunması məlumatının isə doğru olmadığı deyilib.

DİGƏR XƏBƏRLƏR

Top