Bayden: "Floydun ölümü dünyada milyonlarla insanın gözünü açdı"


"Floydun ölümünə səbəb olan 8 dəqiqə 46 saniyə milyonlarla amerikalının və dünyada milyonlarla insanın gözünü açdı".
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden öz çıxışında səsləndirib. O, çıxışı vaxtı irqçilik məsələsinə də toxunub və sonda irqi bərabərliklə bağlı 4 qərarnamə imzalayıb.
Bayden ABŞ Ədliyyə Nazirliyinə məxsus olan həbsxanalarla hər hansı bir müqavilənin yenilənməməsi üçün bir qərara imza atıb. Sözügedən qərarnamə ilə Bayden, ABŞ-ın keçmiş prezidenti Donald Trampın verdiyi başqa bir qərarı da ləğv etmiş olub. Bununla da o, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının siyasətini yenidən başladıb.
Qeyd edək ki, yeni ABŞ prezidenti ötən il yaşanan irqçilik aksiyalarından sonra öz seçki kampaniyasında ölkədə irqi ayrı-seçkiliyi aradan qaldırmaq üçün bir sıra qərarlar imzalayacağına söz vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top