Daha 31 erməni hərbçisinin meyiti təhvil verildi – Erməni KİV


Ermənistan mətbuatı daha 31 hərbçilərinin cəsədinin təhvil verildiyini bildirib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, cəsədlər Füzuli bölgəsində Ermənistan tərəfə təhvil verilib.
Verilən ilk məlumatlara görə cəsədlər ehtiyatda olan hərbçilərə məxsusdur. Cəsədlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Qeyd edək ki, bu günə qədər  Qarabağda 1318 erməni hərbçisinin cəsədi tapılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top