ABŞ-ın yeni dövlət katibi - Blinken


ABŞ-ın yeni dövlət katibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, ABŞ Senatının səsverməsi nəticəsində bu posta Entoni Blinkenin namizədliyini təsdiqlənib.
Səsvermə zamanı Blinkenin namizədliyinin leyhinə 78 nəfər, əleyhinə isə 22 nəfər səs verib. 
Qeyd edək ki, 58 yaşlı Blinken əvvəllər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin birinci müavini və dövlət katibinin birinci müavini vəzifələrində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top