Tağı Əhmədovun xəstəliyi: Şəkəri olanların ayağı niyə tutulur? - VİDEO


Diabet xəstəliyi hər il Azərbaycanda 10-20 min yeni xəstəni öz cənginə alır. Azərbaycanda əhali artıq genetik olaraq bu xroniki xəstəliyin əsiridir.

Bu gün şəkərli diabetin ağırlaşmasından klinikaya yerləşdirilən YAP Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov da diabetdən əziyyət çəkirdi.
Bir müddət öncə medicina.az-a da öz xəstəliyindən danışan Tağı Əhmədov onu özünəməxsus olaraq “aristokratların xəstəliyi” də adlandırmışdı. Və etiraf etmişdi ki, pəhrizə əməl etməyib, normadan artıq qidalar yedikdə şəkəri, təzyiqi qalxırdı.
Şəkərli diabet mədəaltı vəz adlı kiçik orqandan qaynaqlanan problem olsa da, 10 il ərzində təsir etmədiyi orqan və sistem qoymur.

II tip şəkərli diabetin fəsadları:
Böyrək, göz, beyin, ürək-qan damar sistemi zədələnərək korluq, infarkt, insult, ayaq amputasiyası, böyrək çatışmazlığına qədər gətirib çıxararaq ölümlə nəticələnir.
Qanda qlükozanın yüksəlməsi xırda damarları, iri damarları, sinir uclarını, neyronları zədələyir.
Bu adamlarda bütün bədən boyu qan dövranı və sinir keçiriciliyi pozula bilər.

Ayaqlar niyə itirilir?
Əlilliyə aparan ağırlaşmalardan biri də diabetik neyropatiyadır, bu zaman ayaqlarda qan dövranı kəskin pozulur, sinirlər zədələnir, hissiyat itir, sağlamayan yaralar, qanqren əmələ gəlir, ayaqlar göyərir. Hərəkətdə çətinlik yaranır, qıcolmalar, tutulmalar olur.
Bütün diabet xəstələrinin ildə 2 dəfə ayaqları yoxlanmalıdır.
Təkcə şəkərə qarşı dərman, insulin qəbul etməklə məsələ həll olunmur. Gözlərdən tutmuş ayaqlara kimi hər orqan nəzarətdə olmalı, ayrı-ayrı həkimlərin müalicəsi olunmalıdır.
Diabetik neyropatiya tam hərəkətsizlik və ya sağalmayan yaralar ayaqların amputasiyası ilə nəticələnə bilər.
Azərbaycanda bir çox məşhur insanlar şəkərli diabetin məhz bu ağırlaşmasına görə yataq xəstəsi olublar.
Şəkər xəstələri digər insanlardan daha çox insult və infarkt riski daşıyır. Ölümlərin 90% -i də məhz ürək, beyin və böyrək damarlarının tutulmasından baş verir.
Qanda şəkər normal olmadıqca, pəhriz gözlənilmədikcə, orqanizmə hər gün yüksək miqdar qlükoza sıçradıqca, bu problemlər bir o qədər sürətlə və çox baş verir.

DİGƏR XƏBƏRLƏR

Top