Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"


"Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"

Bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində AŞPA-nın qış sessiyasındakı çıxışında deyib. 

O bildirib ki, Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində prosesə öz töhfəsini verməyə, məsələnin həll yolu tapılmasına kömək etməyə hazırdır. 

“Biz ATƏT-in Minsk qrupu və Şərq Tərəfdaşlığı kontekstində Aİ tərəfdaşlarımızla hər iki ölkənin razılılığa gələ bilməsi ümidi ilə işbirliyimizi davam etdiririk”, - deyə H.Maas bildirib. 

“Sülhün əldə edilməsindən sonra da hər iki ölkənin üzləşdiyi çətinliklər olub. Prosesdə hər hansı bir irəliləyiş iki ölkənin bir-biri ilə dialoqa girmək üçün göstərəcəyi iradədən asılı olacaq və biz bu prosesi əlbəttə ki, dəstəkləyirik. Bilirik ki, proses hər iki ölkədə və regionda stabilliyə öz təsirini göstərir".//apa
 

DİGƏR XƏBƏRLƏR

Top