Dəniz quldurlarının öldürdüyü Fərman İsmyılovun nəşi Librevilə yola salınıb - FOTO


“Motsrart” adlı gəmidə dəniz quldurları tərəfindən qətlə yetirilən Fərman İsmyılovun nəşi Qabonun paytaxtı Librevilə yola salınıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Qabondakı səfirliyinin rəsmi tviter hesabında bildirilib. Səfirliyin etdiyi paylaşımda, “azərbaycanlı qardaşımızın cənazəsi Qabon hökumətinin təşkil etdiyi xüsusi təyyarə ilə Port-Gentildən Librevilə yola salındı”-deyə bildirilib. 
Qeyd edək ki, azərbaycanlı Fərman İsmayılov Qabonda gəmiyə dəniz quldurlarının hücumu nəticəsində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top