İran ancaq bu halda nüvə razılaşmasına qayıdacaq – Cavad Zərif


İranın Xarici İşlər naziri Cavad Zərif ölkələrinin nə zaman nüvə razılaşmasına qayıda biləcəyini açıqlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Cavad Zərif Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə İranın ancaq sanksiya qərarlarının ləğvindən sonra nüvə razılaşmalarına qayıdacağını bildirib:
“ABŞ 2231 saylı qətnaməyə zidd olan birtərəfli sanksiyaları ləğv etdiyi halda İran yenidən nüvə razılaşmalarına qayıdacaq”. 
Qeyd edək ki, bu gün Rusiya XİN başçısı Sergey Lavrovla İranın XİN başçısı Cavad Zərif arasında Moskvada görüş keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top