Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, Oqtay Qəşəm oğlu Şahbazov 1 noyabr 1941-ci ildə İrəvan şəhərində anadan olub.
Oqtay Şahbazov orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlayıb. 1959-1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxuyub, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnib. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam edib, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləyib.
1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləyib, 1990-ci ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunub. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, Oqtay Şahbazov eyni zamanda Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun atasıdır.

DİGƏR XƏBƏRLƏR

Top