Vətən müharibəsinin ilk günlərindən hərbi xidmətə yollanan və oktyabrın 3-dən bugünə kimi heç bir xəbər çıxmayan Yusifov Əlinin atası Yusifov Süləddin oğlu ilə bağlı yeni paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, Y. Süləddin sosial şəbəkədə paylaşım edərək artıq 98 gündür ki, heç bir xəbərin olmadığını bildirib:
"Oğlumu hər gün yuxuda görürdüm, bununla bağlı paylaşım da etmişdim. Son 4 gündür ermənilər teleqram kanallarında oğlumun fotolarını paylaşıb, rus və erməni dillərində bizdə olduqlarını yazırlar. Mən ümid edirəm ki, oğlum sağ-salamat gələcək. Yuxularım bizi yanıltmadı, ata və anaya ayan yuxu oldu. Çünki onların paylaşımları ilə üst-üstə düşdü. Demək ki, oğlum sağdır və cənab Prezident yəqin ki, bu yaxınlarda oğlumu düşmən əlindən azad edər. Ona çox güvənib, inanıram, bilirəm ki, heç bir ananı, atanı gözü yaşlı qoymaz”.