Sabah Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri Moskvada görüşəcək – Erməni KİV


Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri 27 yanvar tarixində Moskvada görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Görüşdə bölgədəki nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə atılacaq addımlar və yeni həyata keçiriləcək planların müzakirə olunacağı bildirilib. 
Xəbərdə Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayevin, Rusiya tərəfdən Aleksey Overçukun, Ermənistan tərəfdən isə Mher Qrigoryanın görüşdə iştirak edəcəyi deyilib.

DİGƏR XƏBƏRLƏR

Top