Hindistan Çinin “TikTok” və daha 59 tətbiqetməsini qadağan etdi


Hindistan təhülkəsizlik məsələlərinə görə Çinin bir neçə mobil tətbiqetməsini qadağan edib. 
Yeniavaz.com “Times of India”ya istinadla xəbər verir ki, qadağa Hindistanın Çin şirkətlərinə  məxfilik və təhlükəsizliklə bağlı göndərdiyi müraciətlərə cavab verməməsi olub. 
Hindistan rəsmiləri bildirir ki, Çinin “TikTok” "WeChat"  kimi mobil tətbiqetmələrinin istifadəçilərinin fərdi məlumatlarından sui-istifadə etməsi ilə bağlı çoxsaylı şikayətlər olub. Bəzi proqramların cihaz sahiblərindən şəxsi məlumatları topladığı və Hindistan xaricində yerləşən serverlərə ötürdüyü iddia edilir. 

DİGƏR XƏBƏRLƏR

Top