Dünənki partlayışda özü öldü - qızının axtarışları davam edir


Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.

Yeniavaz.com xəbər verir ki, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top