Putindən ona aid olduğu deyilən sarayla bağlı ilk AÇIQLAMA


Rusiya prezidenti Vladimir Putin ona aid olduğu deyilən sarayla bağlı danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Putin həmin görüntülərin internetdə insanların beynini yumaq üçün xüsusilə yayımlandığını bildirib:
“Bu filmi izləmədim, sadəcə bu cür məlumatlara baxmaq üçün boş vaxtım yoxdur. Nə mənim nə də yaxınlarımının elə bir mülkü yoxdur. Bu tip məlumatlar artıq 10 ildən çoxdur ki, yayılır. İndi isə əlverişli bir vaxta hər şeyi yığıb istifadə etməyə çalışdılar. Bu materiallar ilə vətəndaşlarımızın beynini yumağa qərar verdilər”. 
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir Putinə aid olduğunu iddia edərək böyük sarayın görüntülərini paylaşmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top