Türkiyə Çindən COVID-19 peyvəndinin ikinci partiyasını gətirdi


Çindən sifariş verilmiş COVID-19 peyvəndlərinin ikinci hissəsi İstanbul hava limanına gətirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin paytaxtı Pekin hava limanından yola çıxan təyyarə artıq İstanbula enib. Peyvənd olduğu konteynerlər gömrük prosedurlarından sonra təyyarədən götürülərək anbarlara aparılıb.
Qeyd edək ki, Türkiyə Çinin “Sinovac” əczaçılıq şirkətinə məxsus “Coronavac” peyvəndlərindən istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top