Niderlandda sərt karantin rejimi etiraza səbəb olub


Niderlandda koronavirus səbəbilə qadağaların fevralın 9-na qədər uzadılması kütləvi etirazlara səbəb olub.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, ötən həftə 150-dən çox şəxsin saxlanıldığı aksiyalar bu həftə də davam etdirilib. Etirazçılar tərəfindən COVID-19 test mərkəzi yandırılıb. Bundan başqa aksiyada iştirak edənlər tərəfindən mağazalar talan edilib, bir polis maşını yandırılıb.
Qeyd edilir ki, nümayişlərin mərkəzi Eyndhovend olub. Aksiyada çox sayda nümayiş iştirakçısı saxlanılıb. Nümayiş polisin sərt müdaxiləsi ilə sona çatıb.

DİGƏR XƏBƏRLƏR

Top