Rusiya müharibə zamanı Ermənistan üçün əlindən gələni etdi - Tonayan


Ermənistanın keçmiş müdafiə naziri David Tonayan, Qarabağdakı müharibə zamanı Rusiyanın müttəfiqlik borclarını yerinə yetirdiyini bildirib.
Yeniavaz.com "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Tonayan bu barədə “Mediamaks” agentliyinə müsahibəsi zamanı məlumat verib:
“Qarabağdakı müharibə boyunca rus həmkarı ilə daim əlaqə saxladı və bu da son dərəcə vacib vəzifələrin həll edilməsinə imkan yaratdı”.
Tonoyan müharibə boyunca rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində onunla tez-tez telefon danışığı apardığını vurğulayıb:
“Məlum səbəblərdən danışılanları açıqlamayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, müharibə vaxtı Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi”.
Qeyd edilir ki, Şoyqu ilə davamlı iş əlaqələri müdafiə məsələləri ilə yanaşı bir sıra digər vacib məsələlərin həllinə də toxunulub.

DİGƏR XƏBƏRLƏR

Top