Vətən müharibəsi şəhidlərinin məhkum qohumlarının bir qismi azadlığa buraxılıb


Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır.

Bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir: “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, 1 nəfərin isə oğlunun dəfn məraisimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”. //Trend

DİGƏR XƏBƏRLƏR

Top