2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bir sıra iş yerlərinin fəaliyyətinə icazə verilir.
Yeniavaz.com xəbər verir ki, bu gündən etibarən aşağıdakı fəaliyyət sahələrinə qoyulmuş məhdudiyyət götürülür:
- ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- muzey və sərgi zallarının fəaliyyəti;
- şəhərlərarası və rayonlararası hərəkət.
Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət də bərpa olunur. Amma xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.