Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovla bağlı XİN-dən AÇIQLAMA


Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.

Yeniavaz.com-un xəbərinə görə, Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: "Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26  yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır".

DİGƏR XƏBƏRLƏR

Top