Azərbaycanda COVID-19-a yoluxanların sayı artdı


Azərbaycanda bu gün koronavirus infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 10 nəfər “COVID-19”dan vəfat edib.
Qeyd edək ki, dünən (23 yanvar) ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top