Ərdoğan qaçırılan gəminin kapitanı ilə telefonla danışdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmi ilə bağlı açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan həmin gəminin kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.
Türkiyə prezidenti prosesi yaxından izlədiyini və qaçırılan gəmi personalının qurtarılması ilə bağlı bütün səlahiyyətlilərə təlimat verdiyini bildirib.
Xatırladaq ki, Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

DİGƏR XƏBƏRLƏR

Top