TƏBİB tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına cavab verdi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, TƏBİB-dən peyvəndləmənin heç bir halda məcburi ola bilməyəcəyi bildirilib.
“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, - qurumdan qeyd olunub.
Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

DİGƏR XƏBƏRLƏR

Top