Ötən il Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI


Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda 116 min 454 doğulan körpə qeydə alınıb.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, doğulan körpələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% və ya 12 min 729 körpə az olub. 
Ötən il doğulanların 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqları olub. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.  
Məlumat üçün onu da bildirək ki, 2020-ci ildə körpələrə ən çox aşağıdakı adlar qoyulub:
- Yusif (2008)
- Zəhra (1968)
- Uğur (1932)
- Əli (1905)
- Hüseyn (1797)
-  Zeynəb (1580)
- Məryəm (1507)
- Aylin (1437)
- Mələk (1399)
- Fatimə (1318)
- Nuray (1241)
- Ömər (1236)
- Məhəmməd (1232)
- Murad (1166)
- Nilay (1113)
- İnci (1057)

DİGƏR XƏBƏRLƏR

Top