Kremldə ABŞ-la əlaqələri isindirə biləcək saziş müzakirə olundu


ABŞ prezidenti Co Bayden, seçki kampaniyası dövründə Yeni Strateji Hücum Silahlarının Azaldılması Sazişinin (Yeni Başlanğıc) uzadılması ilə bağlı fikirlərini səsləndirərkən, kabinetindəki bir çox insan bu istiqamətdə danışıqların Rusiya ilə davam edəcəyini bilirdi.

Yeniavaz.com
"Sözcü"yə istinadən xəbər ki, Vladimir Putin, Bayden tərəfindən səsləndirilən Təhlükəsizlik Şurasının iclasında genişləndirilməyə yaşıl işıq yandıran "Yeni Başlanğıc" müqaviləsini müzakirə edib.
Fevralın 5-də bitəcək müqavilənin vaxtının uzadılması üçün ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar davam edərkən, Vaşinqton tərəfinin konkret addımlar atması barədə açıqlamalardan sonra Rusiya tərəfində də hərəkətlilik başlayıb.
Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov, Vaşinqtonun müqavilənin uzadılmasına müsbət yanaşmasını alqışladıqlarını bildirib. Rusiya prezidenti Vladimir Putin isə bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. 
Qeyd edək ki, iclasla bağlı məlumat Kreml tərəfindən verilib. Açıqlamada Rusiya lideri və məclis üzvlərinin sazişinin uzadılması ilə yanaşı, həm də Rusiyadakı sosial-iqtisadi vəziyyəti müzakirə etdikləri də vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top