Ermənilərin istifadə etdiyi daha bir yola "Azərbaycana xoş gəlmisiniz" lövhəsi quraşdırılıb


Azərbaycan sərhədçiləri Zəngilan rayonunun Qazançı kəndi yaxınlığından keçən yolun kənarına üzərində "Azərbaycana xoş gəlmisiniz" yazısının yer aldığı yeni lövhə quraşdırıblar. 
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı “infoteka24.ru” saytı yayıb. 
Bildirilir ki, Ermənistanın Qafan rayonunun bəzi kəndlərinin sakinləri rayon mərkəzinə gedən zaman bu lövhənin qarşısından keçməli olurlar.  
Məlumat üçün bildirək ki, Qazançı kəndi yaxınlığından keçən avtomobil yol Ermənistanın əsas magistral yollarından biridir. İrandan Ermənistanın paytaxtına gedən avtomobillər də bu yoldan istifadə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top