Bakıda polis maşını minik avtomobili ilə toqquşdu


Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.
Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil "Opel Astra" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top