Şəkər, təzyiq, anemiya xəstəliyi olan şəxslər peyvənd oluna bilər? – Həkim AÇIQLADI


"Şəkər və təzyiq xəstəliyi olan şəxslər xorniki xəstəliklər qurupuna daxildir. Şəkər xəstələrində damar zədələnmiş olur. Koronavirusda da damarların daxili qişası zədələnir. Ona görə də bu xəstəlik qurupları peyvənd olunmalıdırlar. Qanda şəkərin miqdarının və təzyiqin yüksək olması peyvənd üçün əks göstəriş deyil".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ötən gün koronavirusa qarşı peyvənd olunan pediatr Aytən İsmayılzadə deyib.
O bildirib ki, dəmir defisitli anemiya xəstələri də peyvənd oluna bilər:
“Bu zaman dəmir defisitli anemiyanın dərəcəsinə baxmaq lazımdır. Əgər 80 qram/litrdən aşağı olarsa, o zaman edilmir. Bu bütün peyvəndləmələrdə həm uşaqlar, həm də böyüklərdə belədir".

DİGƏR XƏBƏRLƏR

Top