Polislər karantini pozub məclis təşkil edib? - DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.

Yeniavaz.com-un xəbərinə görə, DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Həmin görüntülər Quba rayon Polis Şöbəsində araşdırılıb.

Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi”.

DİGƏR XƏBƏRLƏR

Top