Çavuşoğlu NATO-nun baş katibi ilə görüşüb


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
Yeniavaz.com “Anadolu”ya istinadən xəbər verir ki, görüş NATO-nun Brüsseldəki qərargahında baş tutub. Bu haqda Çavuşoğlu iclasdan sonra sosial şəbəkədə paylaşım edib. O, paylaşımında İttifaq daxilindəki birlik və həmrəyliyin daha da gücləndirilməli olduğunu qeyd edib:
"Ölkəmiz İttifaqında əsas və aparıcı rol oynayır. NATO-nun Əfqanıstan və İraqdakı nümayəndəliklərini dəstəkləməyə davam edəcəyik”.
Qeyd edək ki, Çavuşoğlunun Brüsseldə Avropa İttifaqının prezidenti Çarlez Mişellə görüşməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top