Ön cəbhədə xidmət edən hərbçi: "Maaşlarımız 50 faiz azaldılıb" – VİDEO


Laçında xidmət edən hərbçi prezident İlham Əliyev və Müdafiə Nazirliyinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. 
Hərbçinin sözlərinə görə, onların maaşları 50 faiz azaldılıb:
“20 yanvar 2021-ci il tarixdən Laçın şəhərində xidmət etdiyimiz halda maaşlarımızı tək qata salıblar. Həmişə sizin dediyiniz kimi Müzəffər Ordunun buna layiq olmadığını hər kəs bilir. Bu şəraitdə yarı maaşla xidmət etmək heç də doğru deyil”.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə ön cəbhədə xidmət edən hərbçilərin maaşlarının 50 faiz azaldılması ilə bağlı fikirlər səsləndirilir. Məsələ ilə bağlı dəfələrlə Müdafiə Nazirliyindən açıqlama almaq istəsək də, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top