Yeni QADAĞA: Bu şəxslər Rusiyaya pomidor apara bilməyəcəklər - SİYAHI


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Cənubi Gömrük Terminalının (Dağıstan Respublikası) müvəqqəti saxlama anbarına tədarük edilən Azərbaycan pomidorlarının karantin fitosanitar nəzarəti zamanı pomidor güvəsi aşkarlanıb.

Yeniavaz.com
"Rosselxoznadzor"un açıqladığı məlumatlara istinadən bildirir ki, qeyd olunan məhsullar beş Azərbaycan istehsalçısına məxsusdur.
Məlumatda bildirilir ki, aşkarlanan məlumatlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilib. 
Qeyd edək ki, pomidor güvəsi aşkarlanan məhsullar aşağıdak şirkətlərə məxsus olub:

- “Aqro-Favorit” MMC – 26.05.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əhmədov Elçin Hümbət oğludur. MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal, ev 72A, m. 35-də yerləşir.
- “Binə Aqro” QSC - 02.07.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 164 000 manat olan MMC-nin qanuni təmsilçisi Fərid Mehdi Zakir oğludur. MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965 məhəllədə yerləşir.
- “Aqroterm” MMC - 17.01.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 680 200 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Pərviz Məmməd oğludur. MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Mərdəkan ŞTQ, ev 262-N-li Bağ evində yerləşir.
- “Xızı Aqro Park” MMC - 24.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Rzayev Vasif Firudin oğludur. MMC-nin hüquqi ünvanı “Xızı rayonu, ev Lanqun qış otlaq sahəsi”ndə yerləşir.
- Fiziki şəxs Məmmədov Vilayət Rüstəm oğlu.

DİGƏR XƏBƏRLƏR

Top