9 düşmən tankını qənimət kimi ələ keçirən şəhid Elnur Abdullayev – FOTOLAR


Abdullayev Elnur Təvəkkül oğlu da Vətən Müharibəsi zamanı torpaqlarımızın zadlığı uğrunda canından keçən qəhrəmanlardandır.
Yeniavaz.com
-a məlumat verən şəhidin bacısı Abdullayeva Əfsanə bildirib ki, əslən Qubadlı rayonundandırlar:
“Elnur 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirib və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb. 
Vətən Müharibəsi başladığı gündən etibarən isə Füzuli və Xocavənd rayonları istiqamətlərində döyüşüb. Döyüşlər zamanı 9 düşmən tankını qənimət olaraq ələ keçirib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasından son anda xilas olsa da, oktyabr ayının 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib".
Elnur Abdullayev xidməti müddətində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal və fəxri fərmanlarla, şəhidlik zirvəsinə ucaldıqdan sonra isə “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Ailəlidir, iki qız övladı var.
Allah rəhmət eləsin!





DİGƏR XƏBƏRLƏR

Top