Bayden Navalnıya görə hərəkətə keçdi


ABŞ prezidenti Co Bayden gizli xidmətlərə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və Navalnı məsələsini araşdırmaq barədə göstəriş verdi.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Bayden xüsusilə rusiyalı müxalifətçi Aleksey Navalnı məsələsinin ətraflı şəkildə araşdırılmasını istəyib. Bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib:
“Biz ABŞ-ın maraqlarını inkişaf etdirmək üçün Rusiya ilə birgə çalışırıqsa, eyni zamanda, Rusiyanı ehtiyatsız və düşməncə atdığı bəzi addımlardan da məsul tutmağa çalışırıq. Bu məqsədlə prezident dövlət qurumlarına müxalifət lideri Aleksey Navalnıya qarşı kimyəvi maddələrdən istifadə edilməsi, kiber hücumlar, ABŞ-da keçirilən seçkilərə müdaxilə məsələlərini araşdırmaq barədə göstəriş verib”.

DİGƏR XƏBƏRLƏR

Top