Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, hər iki nazir Dağlıq Qarabağdakı son vəziyyəti, əsir və girovların geri qaytarılmasını, itkin düşənlərin axtarışı ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.