Buz səbəbindən aeroport yolunda 2 qəza oldu - FOTO


Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. 

Yeniavaz.com xəbər verir ki, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb. 

Qeyd edilib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib: “Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq, bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik”.

DİGƏR XƏBƏRLƏR

Top